Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim
Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən danışıb.
"Sizinxeber.az" xəbər verir ki, Ermənistanın liderləri ilə dəfələrlə görüşdüyünü, indiki hakimiyyət və ondan əvvəlki prezidentlər ilə də danışıqlar apardığını xatırladan dövlətimizin başçısı qeyd edib:
“Baxmayaraq əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi, mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni, sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Britaniyada bütün liderlər mənə Ermənistan, sülh sazişi haqqında suallar verirdilər
Prezident: Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik
Prezident İlham Əliyev: “Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik”
Prezident İlham Əliyev: “Üçtərəfli Bəyanatın o şərtlərlə qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur”
İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












