Şuşanın Qarabağ küçəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır
Şuşa şəhərinin mərkəzi Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır.
“Sizinxeber.az”un Qarabağ Bürosunun Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə media nümayəndələrinə Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov məlumat verib.
O bildirib ki, inşası aparılan tikintilər arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var:
“Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir”.
Qoruq rəsmisi vurğulayıb ki, Qarabağ küçəsində Sovet dövründə inşa edilmiş çox mənzilli binalar sökülüb:
“Həmin binaların yerində gözəl memarlıq üslubuna uyğun olaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni binalar tikilir. Binaların ikisinin sifarişçisi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. Binaların tikintisi zamanı yerli və beynəlxalq memarların tövsiyələrindən istifadə olunub. Bunların tikintisində Şuşa daşlarından istifadə olunaraq şəhərin tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb”.
O, eyni zamanda tikinti işlərinin başa çatacağı vaxtı da açıqlayıb:
“İki il bundan əvvəl başlanılan tikinti işləri bu ilin sonuna kimi yekunlaşmalıdır”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər - YENİLƏNİB
İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər - YENİLƏNİB
Tural Novruzov: "Şuşada yeni yaşayış binaları tikiləcək"
Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












