Peru Konqresi Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə bəyanat qəbul edib
Peru Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə dünya azərbaycanlarına təbriklə bağlı bəyanat qəbul edib.
Bu barədə "Report"a Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.
Bəyanatda Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarına bərabər hüquqlarla təmin edən respublika, Şərqin ilk demokratiyası olduğu qeyd edilir. Azərbaycanda bütün dinlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadıqları vurğulanır.
Ölkəmizin uzun illər davam edən işğaldan sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi, hazırda isə Cənubi Qafqaz regionunda davamlı və dönməz sülhün əldə olunması, eləcə də sabitlik və təhlükəsizliyin bərpası istiqamətində addımları təqdir edilir.
Qeyd edilir ki, bütün dünya azərbaycanlıları 28 Mayı Azərbaycanın milli bayramı kimi qeyd edir və öz əcdadlarının bütün Qafqaz regionunda, Orta Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar.
Bəyanatda həmçinin ölkəmizin Peru üçün mühüm tərəfdaş olduğu qeyd olunur.
Oxşar xəbərlər
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü münasibətilə bəyanat qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü ekspert: Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü bərpası region üçün tarixi hadisə idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













