İsrail səfiri Azərbaycana təşəkkür edib
İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycana İsrail diplomatlarına və ölkədəki yəhudi icmasına dəstək və müdafiəyə görə təşəkkür edib.
“Sizinxeber.az" xəbər verir ki, bu barədə o “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Vaşinqtondakı yəhudi tədbirində baş verən və İsrail səfirliyinin iki əməkdaşı - Yaron və Saranın güllələnərək öldürüldüyü dəhşətli terror aktından sarsılmışıq. Bu gənclər növbəti həftə nişanlanmalı idilər. Bunun əvəzinə, ürək ağrısı ilə onların dəfninə hazırlaşırıq. Azərbaycan xalqına və hökumətinə bu ölkədə İsrail diplomatlarının və yəhudi icmasının müdafiəsinə olan qətiyyətli sadiqliyinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm", - Corc Dik yazıb.
Oxşar xəbərlər
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürülüb
İsrail səfiri: “Səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm”
Səfir İsrail diplomatlarını qorumaq üçün sarsılmaz öhdəliyə görə Azərbaycana təşəkkür edib
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
Vaşinqtonda atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











