Tokayev: Prezident İlham Əliyevə Qazaxıstan neftinin ixracına dəstəyinə görə xüsusi təşəkkürümü bildirirəm
"Biz yeni çağırışlarla üzləşirik".
Sizinxeber.az-nın Budapeştə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
Kasım-Jomart Tokayev deyib ki, belə sammitlər çağırışlarla bağlı addımların atılması üçün mühüm əhəmiyyətə malikdir. Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında həyata keçirilən infrastruktur layihələrindən söz açan Qazaxıstan Prezidenti Çin-Qazaxıstan sərhədində üçüncü dəmir yolu keçidinin açılmasının önəmli olduğunu vurğulayıb: “Mən Prezident İlham Əliyevə Qazaxıstan neftinin ixracına dəstəyinə görə təşəkkürümü bildirirəm”.
Oxşar xəbərlər
Tokayev Prezident İlham Əliyevə başsağlığı verib
Tokayev Azərbaycan Prezidentinə zəng edib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













