Azərbaycan Prezidentinin iqlim üzrə nümayəndəsi AIF2025-də iştirak edəcək
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev 29-30 may tarixlərində “Ağılları birləşdirərək gələcəyin formalaşdırılması” mövzusunda Astana Beynəlxalq Forumunda (Astana International Forum, AIF2025) iştirak edəcək.
Bu barədə “Sizinxeber.az”un Qazaxıstan bürosuna Azərbaycanın Astana şəhərindəki səfirliyindən məlumat verilib.
AIF2025-də dünya liderləri, ekspertlər və biznes nümayəndələri bir araya gələcəklər, xüsusilə Ruanda Prezidenti Pol Kaqame, Şimali Makedoniya Prezidenti Qordana Silyanovskaya-Davkova, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin iştirakı gözlənilir.
Tədbirin Təşkilat Komitəsinin məlumatına görə, forumda əsas diqqət dörd tematik sahəyə yönəldiləcək: "Xarici siyasət və təhlükəsizlik", "Beynəlxalq inkişaf və dayanıqlılıq", "Energetika və iqlim", "İqtisadiyyat və maliyyə".
Oxşar xəbərlər
Üç ölkə prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: Azərbaycan iqlim maliyyələşməsinin həcmini artırmaq üçün əməkdaşlığa hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev nazir vəzifəsindən azad edilib, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













