ABŞ Azərbaycan hərbçilərinin Gürcüstanda NATO təlimində iştirakını yüksək qiymətləndirir
sizinxeber.az xəbər saytı

ABŞ Azərbaycan hərbçilərinin Gürcüstanda NATO təlimində iştirakını yüksək qiymətləndirir


ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin "Facebook" hesabında bildirilib.

Qeyd edilib ki, görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.

“Birləşmiş Ştatlar Azərbaycan hərbi qulluqçularının "NATO-Gürcüstan 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir”, - məlumatda deyilir.

Oxşar xəbərlər

ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir
ABŞ Azərbaycanın NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir
Aleksandr Vinnikov: Azərbaycan-NATO əməkdaşlığı genişspektrli istiqamətləri əhatə edir
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle