Ceyhun Bayramovla Birləşmiş Krallığın dövlət naziri arasında telefon danışığı olub
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramovla Birləşmiş Krallığın dövlət naziri arasında telefon danışığı olub


Xarici işlər naziri Ceyhun Bayramovla Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti arasında telefon danışığı baş tutub.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə mina təhdidi barədə məlumatlandırıb.
 
Azərbaycan XİN rəhbəri Ermənistanla normallaşma gündəliyinə də toxunaraq, Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində əldə olunmuş irəliləyişlər və bu prosesin uğurla yekunlaşmasının qarşısında duran əsas maneələrdən bəhs edib. Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarından imtina edilməsinin Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


 

Oxşar xəbərlər

Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri ilə telefon danışığı aparıb
XİN rəhbəri Britaniyanın dövlət naziri ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Ceyhun Bayramov Stiven Dautinə Ermənistanla sülh prosesi barədə məlumat verib
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri Stiven Dauti ilə telefon danışığı aparıb
Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdiddir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər