Azərbaycanın daimi nümayəndəsi etimadnaməsini KSQT-ın baş direktoruna təqdim edib
sizinxeber.az xəbər saytı

Azərbaycanın daimi nümayəndəsi etimadnaməsini KSQT-ın baş direktoruna təqdim edib


Azərbaycanın Niderlanddakı səfiri, ölkənin Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) yanında daimi nümayəndəsi Məmməd Əhmədzadə etimadnaməsini qurumun baş direktoru Fernando Ariasa təqdim edib.

“Report” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat “X”dəki səhifəsində paylaşım edib.

“Mən Azərbaycanın daimi nümayəndəsi kimi etimadnaməmi KSQT-nin baş direktoru Fernando Ariasa təqdim etmək şərəfinə nail oldum. Mərasim Azərbaycan ilə KSQT arasında əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi ilə müşayiət olunub”, - deyə o qeyd edib.

Xatırladaq ki, M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli sərəncamı ilə Haaqada səfir təyin edilib.

Oxşar xəbərlər

Azərbaycan səfiri Niderland kralına etimadnaməsini təqdim edib
Yeni təyin olunmuş səfir Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə görüşüb
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi QH-nin nazirlər görüşünü uqandalı həmkarı ilə müzakirə edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi türkiyəli həmkarı ilə görüşüb
Azərbaycanın Niderlanda yeni təyin olunmuş səfiri macarıstanlı həmkarı ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər