Prezident İlham Əliyev: Ümid edirəm ki, seçkilərdən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında daha yaxşı anlayış olacaq
Biz bəzən açıq ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Cənubi Qafqazda Azərbaycanın maraqları təmin edilməlidir, kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaq və uğursuzluğa düçar olacaqlar.
"" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında ifadə edib.
“Mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin (ABŞ-da – red.) bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini istəyirdilər, onlar onu təmin etmək istəyirdilər. Zənnimcə, bu, mənim fikrimdir ki, bəlkə də məqsəd məhz bundan ibarət idi”, - söyləyən dövlətimizin başçısı seçkilərdən sonra Vaşinqtonda və Avropada Azərbaycan, bizim potensialımız, bizim rolumuz haqqında daha yaxşı anlayışın olacağına ümid etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub
İlham Əliyev: Bizim COP heyətimiz çox səmərəli işləyir
Azərbaycan lideri: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub
Prezident: Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın
Azərbaycan Prezidenti: Britaniyada bütün liderlər mənə Ermənistan, sülh sazişi haqqında suallar verirdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













