Türkiyə XİN başçısı: Qəzzada 15 aydır davam edən qətliamın dayanması önəmlidir
Qəzzada 15 aydır davam edən qətliamın dayanması önəmlidir.
APA-nın xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Hakan Fidan deyib ki, Qəzzada qətliamlar beynəlxalq qurumlara etimadın sarsılmasına səbəb olub: “Ümid edirik ki, Qəzzada atəşkəs davam edəcək, humanitar yardımlar çatdırılacaq. Qəzzalıların evlərinə dönməsi vacibdir, söhbət evlərindən çıxmağa məcbur olmuş 2 milyon insandan gedir. Bu istiqamətdə Türkiyə digər dövlətlərlə birgə əlindən gələni etməyə hazırdır. Türkiyə iki dövlətli həll yolunu dəstəkləyir”.
O qeyd edib ki, iki dövlətli həllin təmin olunması vacibdir və Türkiyə bu məsələdə əlindən gələni etməyə davam edəcək.
Tural Əsədov
Ramiz Mikayıloğlu
Oxşar xəbərlər
Hakan Fidan: Azərbaycan və Türkiyə eyni yolda irəliləməyə davam edək
Hakan Fidan: Kiprdə iki dövlətli format tək həll yoludur
Türkiyə XİN başçısı: Ankara Qəzzada atəşkəs prosesinə mümkün olan dəstəyi verib
Hakan Fidan: Türkiyə Suriyanın bərpasında beynəlxalq səyləri səfərbər etmək üçün əlindən gələni edəcək
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













