XİN Fransa Baş nazirini təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə münasibət bildirib.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, Ayxan Hacızadə deyib ki, 20 mart 2024-cü il tarixində Fransa Respublikasının baş naziri Qabriel Attalın Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik.
“Azərbaycanın öz suveren ərazilərində yerləşmiş Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı aparılmış anti-terror tədbirlərini qınayan və Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirən Fransa baş nazirinə xatırladırıq ki, Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri ilə tam uyğundur. 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur. Bir daha, Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq”, – deyə XİN mətbuat katibi qeyd edib.
Oxşar xəbərlər
Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa müdafiə naziri Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramil Usubov Gürcüstanın müdafiə naziri ilə strateji əməkdaşlıq əlaqələrini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Baş naziri də Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












