Azərbaycan və Rusiyanın baş nazirləri arasında təkbətək görüş başlayıb
Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında təkbətək görüş başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, görüş Azərbaycan Nazirlər Kabinetinin binasında keçirilir.
Görüşə daha sonra nümayəndə heyətlərinin üzvləri qoşulacaq. Rusiya nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Aleksey Overçuk, nəqliyyat naziri Vitali Savelyev, Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina və başqaları daxildir.
Daha əvvəl məlumat verilmişdi ki, M.Mişustinin səfəri çərçivəsində Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.
Xatırladaq ki, M.Mişustin Azərbaycana ikigünlük işgüzar səfərə gəlib.
Oxşar xəbərlər
Mixail Mişustin Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: “Rusiya ilə təcrübə mübadiləsi fəaliyyətimizin təşkilində mühüm rol oynayıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qayda təsdiqləndi: ermənilərlə görüş belə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












