Ermənistan çətin durumda: BMT-də Ermənistanda azərbaycanlılar və türklərə qarşı nifrət zəminində çıxışlar müzakirə edilir
BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində dekabrın 3-də Ermənistanın dövrü məruzəsinə baxılıb.
“Report”un məlumatına görə, Ermənistan üzrə məruzəçi Yeung Sık Yuen Yeung Kam Con Komitənin bu ölkədə irqçi təşkilatları və bu təşkilatlarda iştirakı kriminallaşdıran qanunvericiliyin olmadığından narahatlığını ifadə edib və son dövrlər ərzində nifrət zəminində baş vermiş cinayətlər barədə danışıb.
Erməni kimliyinin azlıqlara qarşı dözümsüzlüyə haqq qazandırmaq üçün istifadə olunduğunu bildirən ölkə üzrə məruzəçi Ermənistanda etnik və milli mənsubiyyətinə görə insanlara qarşı nifrət zəminində çıxışların olduğuna diqqəti çəkib və Azərbaycanlılara və türklərə qarşı da bu cür çıxışların edildiyini vurğulayıb.
Eyni zamanda, bir neçə gün öncə Azərbaycan əsilli Gürcüstan vətəndaşının Ermənistanda təcili eniş etmiş təyyarədən enməsinə icazə verilməməsi məsələsini qaldıraraq, erməni nümayəndə heyətindən bununla bağlı açıqlama istəyib.
Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan vəziyyətdən çıxmağa çalışaraq, Ermənistan hakimiyyətinin üzləşdiyi çətinliklərdən danışıb.
Oxşar xəbərlər
Ermənistan rəsmisi BMT tribunasından faşist Qaregin Njdeni müdafiə edib
Ermənistanın Azərbaycana qarşı iddiaları... - XİN
Ermənistan Azərbaycana qarşı iddia qaldırdı
Azan əsgərimiz İrəvanda həbs edildi - Bunda ittiham edilir
Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsi beynəlxalq simpoziumda qaldırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tiktoker “Roşka” yenidən həbs edildi
-
İsrafil Məmmədov: “Yaşıl enerji" və rəqəmsal infrastruktura investisiyalar planlaşdırılır” - MÜSAHİBƏ
-
“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb
-
HP: Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb
-
ARDNF-in icraçı direktoru: "Rusiyanın "VTB Bank"ı 2021-ci ildən dividend ödəmir"
-
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib