Lavrov: Regiondankənar oyunçular Cənubi Qafqazda öz şərtlərini diktə etməyə çalışırlar
sizinxeber.az xəbər saytı

Lavrov: Regiondankənar oyunçular Cənubi Qafqazda öz şərtlərini diktə etməyə çalışırlar


Cənubi Qafqaz üçün ən böyük təhlükə xarici qüvvələrin müdaxiləsidir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 18-də İstanbulda "3+3" formatında XİN başçılarının üçüncü iclasının yekunlarına dair açıqlamasında deyib.

"Ən böyük təhlükə ondan ibarətdir ki, regiondankənar oyunçular burada öz şərtlərini diktə etməyə, öz sxemlərini tətbiq etməyə çalışırlar. Bu sxemlər regionun problemlərini burada yerləşən bütün ölkələrin maraqları naminə həll etməyə deyil, NATO-nu buraya yönəltməyə, blok proseslərini inkişaf etdirməyə, öz imkanlarından təzyiq rıçaqları kimi istifadə etməyə yönəlib", - o bildirib.

Oxşar xəbərlər

Lavrov Cənubi Qafqaz üçün ən böyük təhlükəni açıqlayıb
Lavrov: Rusiya Gürcüstan, Cənubi Ostetiya və Abxaziyanı barışdırmağa hazırdır
Hakan Fidan: “3+3” formatında XİN başçılarının III görüşü İstanbulda keçiriləcək
Lavrov: ABŞ Yaxın Şərqdə vasitəçilik səylərini inhisara almaq istəyir
Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər