Nizami Səfərov: Dekolonizasiya bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır
Bu gün dekolonizasiya bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır və beynəlxalq ictimaiyyət birgə səylərlə bu problemin həll yolunu tapmalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov Bakıda keçirilən "Afrikada Fransanın neokolonializm siyasəti" adlı konfransda deyib.
“Müasir dekolonizasiya diskursunun XX əsrin əvvəllərində formalaşmasına və 80 keçmiş müstəmləkənin müstəqillik əldə etməsinə baxmayaraq, hələ də dünyanın 17 ərazisində yaşayan xalqlar üçün bu proses məntiqi-hüquqi sonluğa çatmayıb”, – o bildirib.
N.Səfərov qeyd edib ki, 1945-ci ildə müstəmləkə əsarətində olan əhalinin sayı 750 milyon nəfər idisə, hazırda bu rəqəm 2 milyon nəfərə çatıb.
"Lakin beynəlxalq birlik səylərini bu rəqəmi sıfıra endirməyə yönəltməlidir", – deputat vurğulayıb.
Oxşar xəbərlər
Bu gün Bakıda neokolonializmə qarşı mübarizə ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
