Britaniya səfiri Azərbaycan dilində Yeni il təbriki ünvanlayıb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Yeni il münasibətilə Azərbaycan dilində videomüraciət ünvanlayıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.
Səfir bu il Azərbaycanla Britaniya arasında ortaq maraqlar üzrə əməkdaşlığın artıdığı bir il olduğunu da xüsusilə vurğulayıb və Azərbaycan- Ermənistan münasibətlərinə toxunub.
“Hər iki istiqamətdə dialoq və səfərlər daha dərin anlaşmaya təkan verib və qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaradıb. Yeni ildən gözlədiyimiz çox şey var. Azərbaycanın və Ermənistanın elan etdiyi cəsarətli və etimadverici addımlar sayəsində sanki Cənubi Qafqazda sülhün bərqərar olmasına çox yaxınlaşmışıq!”, - o qeyd edib.
Ferqus Azərbaycanın COP-29-a ev sahibliyi etməsi üçün seçilməsinin böyük şərəf olduğunu və həmçinin planet və gələcək nəsillər üçün məsuliyyət olduğunu qeyd edib və Azərbaycanın bu təntənəli vəzifəni öz üzərinə götürəcəyinə əminliyini vurğulayıb.
Oxşar xəbərlər
Simonyan: “Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır”
Dövlət başçısı: Azərbaycanla Böyük Britaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir
Səfir: "COP29-a Azərbaycanın, COP30-a isə Braziliyanın ev sahibliyi mühüm əhəmiyyət kəsb edir"
Britaniya Parlamentində Azərbaycanla Ermənistanın birgə bəyanatına dəstək ifadə olundu
BƏƏ səfiri: "Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











