Britaniya Parlamentində Azərbaycanla Ermənistanın birgə bəyanatına dəstək ifadə olundu
sizinxeber.az xəbər saytı

Britaniya Parlamentində Azərbaycanla Ermənistanın birgə bəyanatına dəstək ifadə olundu


Britaniya Parlamentində Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin ofisi tərəfindən verilmiş 7 dekabr tarixli birgə bəyanata dəstək ifadə olunub.

Bu barədə Sizinxəbər.az-a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.

İcmalar Palatasının üzvü David Duquid Parlamentdəki çıxışında birgə bəyanata tarixi hadisə kimi istinad edib. O, Azərbaycanla Ermənistan arasında davamlı sülh müqaviləsinin əldə edilməsi istiqamətində Britaniya hökuməti tərəfindən görülən işlər barədə sual verib.

Cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində Avropa üzrə nazir Leo Dokerti bildirib ki, Azərbaycan və Ermənistanın ikitərəfli münasibətləri normallaşdırmaq barədə niyyətlərini təsdiq edən birgə bəyanat vermələri ruhlandırıcıdır. Nazir qeyd edib ki, Britaniya Azərbaycan və Ermənistanın tarixi və davamlı sülh əldə etmək istiqamətindəki səylərini tam şəkildə dəstəkləyir.

Oxşar xəbərlər

Dövlət başçısı: Azərbaycanla Böyük Britaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir
Böyük Britaniya 2024-cü ildə Şimali Avropada 20 mindən çox hərbçi yerləşdirəcək
Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi
Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb
Prezident İlham Əliyev: "Azərbaycan Ermənistanla dialoqa hazırdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle