Azərbaycan XİN başçısı TDT-yə sədrlikdə Qırğızıstana uğur arzulayıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazir iclasda çıxış edib. O, üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, səhiyyə, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığın inkişafından, habelə təşkilatın əsas nailiyyətlərindən danışıb.
C.Bayramov iclasda qardaş ölkələrdən olan həmkarları ilə görüşməkdən məmnun olduğunu deyib: “Təşkilatımızın nailiyyətləri və türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsi hədsiz qürur hissi doğurur. Qardaş Qazaxıstana təşkilata əla sədrlik etdiyinə görə minnətdarlığımızı bildirir və qardaş Qırğızıstana bu məsuliyyətli vəzifəni öhdəsinə götürməsində uğurlar arzulayırıq”.
Oxşar xəbərlər
TDT XİN başçılarının Nyu-Yorkda qeyri-rəsmi görüşü keçirilib - YENİLƏNİB
Ceyhun Bayramov: "Türkiyənin 100 illiyi bütün türk dünyası üçün qürur mənbəyidir"
Ceyhun Bayramov Belarusa səfər edib
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər
Ceyhun Bayramov və Hakan Fidan Şuşa Bəyannaməsinin praktiki nəticələr verdiyini qeyd ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













