Ukraynanın Baş naziri Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirib
sizinxeber.az xəbər saytı

Ukraynanın Baş naziri Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirib


Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd edilib ki, təşəkkür məktubunda D.Şmıqal Ukraynanın Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirdiyini bildirib.

Ukraynada mühüm mülki infrastrukturun, xüsusilə də enerji sisteminin yenidən qurulması layihələrində Azərbaycanın iştirakının genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Ukraynanın Baş naziri dost Azərbaycan xalqına sülh və rifah arzulayıb.

Oxşar xəbərlər

Əli Əsədov ukraynalı həmkarını təbrik edib
ABŞ Prezidenti: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk
ABŞ dövlət katibinin müavini Ukraynada səfərdə olub
Rusiya Ukraynada 37 hərbi zavodu bombalayıb
Əli Əsədov Ukraynanın Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər