Valentina Matviyenko İlham Əliyevə: “Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq arenada nüfuzunun artırılması yolu ilə irəliləyir”
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
"Sizinxeber.az" xəbər verir ki, V.Matviyenko təbrikdə qeyd edib ki, vətənə sevgi, ən yüksək peşəkarlıq, zəhmətsevərlik, siyasi uzaqgörənlik, qərarların qəbul edilməsində qətiyyət Sizə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına, Azərbaycan Respublikasının hərtərəfli inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə imkan verir.
"Özünün zəngin mədəni irsini qoruyub saxlayan ölkə Sizin rəhbərliyinizlə böyük uğurlar, iqtisadiyyatın möhkəmləndirilməsi və insanların rifah halının yüksəldilməsi, beynəlxalq arenada nüfuzunun artırılması yolu ilə irəliləyir.
Sizi öz Vətəninin maraqlarını ardıcıl surətdə müdafiə edən müdrik siyasi xadim kimi qiymətləndirirəm. Qarşılıqlı maraq doğuran bir çox mühüm məsələləri müzakirə etdiyimiz və onların həlli üzrə ortaq yanaşmalar tapdığımız görüşlərimizi böyük səmimiyyətlə xatırlayıram".
O vurğulayıb ki, Federasiya Şurasında Rusiya ilə Azərbaycan arasında yaranmış müttəfiqlik münasibətlərini yüksək qiymətləndirirlər.
"Dövlətlərarası qarşılıqlı fəaliyyətin mühüm tərkib hissələrindən biri olan Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişafına Sizin şəxsi töhfənizi qeyd etmək istəyirəm. Gələcəkdə də Sizin müasir dövrün çağırışlarına cavabların axtarılmasında səylərin gücləndirilməsi üzrə qanunvericilərin birgə fəaliyyətinə dəstəyinizə güvənirik.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
Oxşar xəbərlər
Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya liderləri İlham Əliyevi təbrik edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB baş katibindən İlham Əliyevə təbrik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin Xalq Respublikasının Sədri İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Almaniya Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












