BMTM GLOBSEC 2024-ün institusional tərəfdaşı olub
sizinxeber.az xəbər saytı

BMTM GLOBSEC 2024-ün institusional tərəfdaşı olub


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Praqada keçirilən GLOBSEC 2024-ün institusional tərəfdaşı olub.

“Report”un məlumatına görə, tədbirdə iştirak edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev forum çərçivəsində baş tutan “Daha yaxın əlaqələr qurulması: Aİ tərəfdaşları ilə ticarət, inkişaf və enerji təhlükəsizliyi əlaqələrinin balanslaşdırılması” mövzusundakı sessiyada çıxışında Ukrayna və Yaxın Şərqdəki böhranlar çərçivəsində beynəlxalq münasibətlərin son dövrlərdə daha kompleks xarakter aldığını qeyd edib.

O bildirib ki, cari geosiyasi vəziyyət Xəzər regionu ölkələrinə də təsirsiz ötüşmür. Onun sözlərinə görə, bəzi hallarda avropalı siyasətçilər Azərbaycan və Xəzər regionu dövlətlərindən sözügedən böhranlara qarşı öz perspektivlərindən yanaşaraq lokal baxış tələb edirlər.

“Lakin məsələlərə realist mövqedən yaxınlaşmaq daha düzgün yanaşma olardı”, - deyə o qeyd edib.

Qeyd edək ki, BMTM və GLOBSEC-in birgə təşkilatçılığı ilə “COP29 və Yaşıl Üfüqlər: İqlim Dəyişikliyinin İdarə edilməsi” mövzusunda birgə panel iclasın təşkil ediləsi nəzərdə tutulub. Azərbaycan Respublikası energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanovun sentyabrın 1-də paneldə çıxış etməsi gözlənilir.

Xatırladaq ki, GLOBSEC 2024 Avropanın xarici və təhlükəsizlik siyasəti sahəsindəki liderlər, dövlət başçıları, sahibkarlar, həmçinin beynəlxalq təşkilatlar, beyin mərkəzləri və akademik çevrələrin nümayəndələrini bir araya gətirən illik forumdur.

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMTM sədri: Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması bizim üçün bir mesajdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahmar Hacıyev: "BOEM Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMTM sədri: Fransa açıq-aşkar Azərbaycana qarşı diplomatik müharibə aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər