XİN: Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır
Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust - Beynəlxalq İtkinlər Günündə keçmiş işğal və münaqişə zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinə işıq salmağın zəruriliyini bir daha bəyan edib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra çoxsaylı kütləvi məzarlıqların aşkarlanmasına baxmayaraq, Ermənistan itkin düşənlərin yerini açıqlamaqdan imtina edir.
"4000-ə yaxın insanın ailəsi onilliklərdir ki, əzizlərinin yolunu gözləyir və yaxınları haqqında məlumat almaq onların təməl hüququdur. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır. Azərbaycan itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi istiqamətində səylərini davam etdirəcək",-məlumatda qeyd edilib.
On the , reiterates the necessity of shedding light on the fate of our citizens who went missing during the former occupation and conflict.
— MFA Azerbaijan (@AzerbaijanMFA)
Despite the fact that multiple mass graves have been identified after the liberation of our…
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə yeni kütləvi məzarlıqların aşkar ediləcəyi gözlənilir - İsmayıl Axundov
Dövlət Komissiyası: İtkin düşmüş şəxslərin ailələrindən DNT nümunələri toplanıb
Qarabağ itkin ailələri İB: BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına çağırırıq
Dövlət Komissiyası: Ermənistanın basdırdığı minalar məzar yerlərində axtarış aparılmasına maneə yaradır
Kütləvi məzarlıqların aşkarlandığı yerlər açıqlandı - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













