Ayxan Hacızadə: Olimpiadanın açılış mərasimindəki təxribatla bağlı Fransanın da üzrxahlıq edəcəyini gözləyirik
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə 26 iyul tarixində Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab olaraq 2 avqust tarixində Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib.
Bu barədə "Report"a XİN-dən məlumat verilib.
"Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya sığmadığı vurğulanıb.
Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik. Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik", - A.Hacızadə vurğulayıb.
Oxşar xəbərlər
Beynəlxalq Olimpiya Komitəsi Fransa telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istənilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Paris Olimpiadasında Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












