Azərbaycan səfiri AK Partiyanın sədr müavini ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) xarici əlaqələrdən məsul sədr müavini Zafer Sarıkaya ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı diplomatik missiyasının hesabında bildirilib.
“Səfir Rəşad Məmmədov AK Partiyanın xarici əlaqələrdən məsul sədr müavini Zafer Sarıkayanı ziyarət edib”, – səfirliyin məlumatında qeyd olunub.
Tərəflər “Azərbaycan – Türkiyə münasibətlərinin strateji mütəffiqlik səviyyəsində olmasından məmnuniyyətlərini” bildirərək “bu münasibətlərin daha da inkişafına əminliyini ifadə ediblər”.
Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomat Türkiyənin xarici işlər nazirinin müavini Beriss Ekinci, habelə monteneqrolu həmkarı Perişa Kastratoviçlə görüşüb.
Oxşar xəbərlər
Azərbaycanın Ankaradakı səfiri monteneqrolu həmkarı ilə ölkələri arasındakı ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycan səfiri Türkiyənin XİN başçısının müavini ilə ATƏT çərçivəsində əməkdaşlığı müzakirə edib
Türkiyənin XİN başçısı Çinin sədr müavini ilə görüşüb
Nazir Almaniyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Muxtar Babayev Yaponiyanın ətraf mühit nazirinin müavini ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













