Komissiya: Qonşu dövlətlərdən birindən Azərbaycana qarşı qeyri-dost fəaliyyət hələ də davam edir - FOTO
sizinxeber.az xəbər saytı

Komissiya: Qonşu dövlətlərdən birindən Azərbaycana qarşı qeyri-dost fəaliyyət hələ də davam edir - FOTO


Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Azərbaycana qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb.

Sizinxeber.az-nın xəbərinə görə, açıqlamada deyilir ki, Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan qeyri-dost fəaliyyətlərin sosial media və sosial şəbəkə platforması olan “Facebook” vasitəsilə hələ də davam etdiyini müşahidə edir.

Belə ki, bir sıra səhifələr (“Echo of Baku”, “Azeri Horizon”, “Xəbər24”, “Merry you”, “Azerbaijan Pulse”, “Az insight” və s.) vasitəsilə adıçəkilən platforma üzərindən Azərbaycan Respublikasının informasiya məkanına hədəfli müdaxilə cəhdləri edilərək ölkəmizdə ictimai fikri çaşdırmağa, dövlətin apardığı uğurlu daxili və xarici siyasətə kölgə salmağa çalışılır.

Geosiyasi manipulyasiya xarakterli məlumatlar Azərbaycan dilində “Facebook”da paylaşıldıqdan sonra istifadəçilərdən “Telegra.ph” kimi platformalara keçid etməkləri istənilir ki, bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər.

Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, bu cür informasiya əməliyyatlarına qarşı müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə daim lazımi tədbirlər görülür. Eyni zamanda, qeyd etməliyik ki, “Meta” şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunmuşdur.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, bu cür məlumatlara inanmamağa çağırır, ölkəmizə qarşı istifadə edilən hibrid təhdid metodları və alətləri ilə bağlı müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır”, - açıqlamada deyilir.

Oxşar xəbərlər

MM Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası: Anti-Azərbaycan kampaniyasına 300-dən çox hesab cəlb edilib
MM-in komissiyası: Bir sıra səhifələr Azərbaycanda ictimai fikri çaşdırmağa çalışır
​​​​​​MM-in komissiyası COP29-a qarşı hibrid hücumla bağlı açıqlama yayıb
Azərbaycanın informasiya məkanına qonşu ölkədən manipulyasiya formasında müdaxilə olub
COP29 əleyhinə "X" platformasında saxta profillərdən koordinasiya olunmuş şəkildə kampaniya aparılır - BİRGƏ MƏLUMAT - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər