İlham Əliyev Sudanın  yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
sizinxeber.az xəbər saytı

İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Sudanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafanın etimadnaməsini qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycanla Sudanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda iki ölkənin uğurlu əməkdaşlığını vurğuladı.

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri ilə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Zirvə toplantısı və Antalya Diplomatiya Forumu çərçivəsində görüşlərini, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələri məmnunluqla xatırladı.

Səfir Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana çatdırmağı xahiş etdi.

Səfir Azərbaycanın Sudanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi birliyinə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirdi. O, iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Sudan tərəfindən işçi qrupunun yaradıldığını vurğuladı.

Ənəs Eltayeb Elqaylani Mustafa sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək, bu təqaüdlərinin artırılmasını xahiş etdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri ilə görüşüb - YENİLƏNİB
İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri ilə görüşüb
Prezident Konqo Demokratik Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB
Prezident İlham Əliyev Somalinin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər