Polşa səfiri: Azad edilmiş ərazilərin bərpası qətiyyət və iradə tələb edir
Azad edilmiş ərazilərin bərpası puldan əlavə, qətiyyət və iradə tələb edir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Laçında səfərdə olan Polşanın Azərbaycandakı səfiri Pavel Radomski deyib.
“İkinci dəfədir ki burada oluram. Birinci səfərim iki ay bundan əvvəl Xankəndiyə olub. Həqiqətən də, ölkənin təbiətinin gözəlliyindən valeh olmuşam. Buradakı dəyişikliklərin və modernizasiyanın miqyası çox böyükdür. Bu ərazilərin bərpası və modernizasiyası regionun gələcəyi üçün çox vacibdir. Mən insanların bura qaytarılmasının necə çətin olduğunu anlamağa çalışıram. Vəziyyəti yaxşılaşdırmağın, planların həyata keçirilməsinin necə mürəkkəb olduğunu qavramağa çalışıram. Əlbəttə ki, bu sadəcə pul tələb etmir. Bunun üçün iradə və qətiyyət də lazımdır. Mən gələcəkdə də bura səfər etməyi planlaşdırıram. Mənim üçün buradakı müsbət prosesləri, bərpa işlərini görmək çox maraqlı olardı”, - səfir qeyd edib.
Oxşar xəbərlər
Aİ səfiri: Gürcüstana sanksiyaların hazırlanması üzərində iş gedir
Koreya səfiri: Heç vaxt Qarabağ kimi sakit və gözəl yerdə olmamışam
Şarl Mişel: Bu gün düzgün seçim daha çox siyasi cəsarət tələb edir
Aİ-nin Gürcüstandakı səfiri: Vizasız rejimin dayandırılması təhdid deyil, reallıqdır
Emin Hüseynov: Azad edilmiş ərazilərin bərpası üçün özəl sektorla əlaqələri genişləndirməliyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
