Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qazaxıstanın 6 vətəndaşı Azərbaycana keçərək İrandan təxliyə olunub – YENİLƏNİB


Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

Bu barədə “Sizinxeber.az”un Cənub bürosu xəbər verir.

İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Evakuasiya prosesi davam edir.

00:18

Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.

“Sizinxeber.az”un Cənub bürosu xəbər verir ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.

Oxşar xəbərlər

Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
Azərbaycan bəzi xarici vətəndaşların İrandan təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsində lazımı şərait yaradıb
İrandan təxliyə olunan xaricilərdən altı Qazaxıstan vətəndaşı Azərbaycanın Astara sərhəd-gömrük məntəqəsindən keçib - YENİLƏNİB
"Rəfah" sərhəd-keçid məntəqəsi Qəzzadan pasiyentləri qəbul etməyə hazırdır
Yuxarı Lars keçid məntəqəsindən 4,8 mindən çox yük maşını keçmək üçün gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər