Hikmət Hacıyev: Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır
Azərbaycan İordaniya Krallığı ilə ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Jordan News Agency” nəşrinə bildirib.
H.Hacıyevin sözlərinə görə, iki ölkə arasında möhkəm, çoxillik və həqiqətən qardaş münasibətləri formalaşıb. O, Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah arasında davamlı dialoqu xüsusi qeyd edərək, liderlər arasındakı əlaqələri "ikitərəfli əməkdaşlığın təməl daşı" adlandırıb.
Prezidentinin köməkçisi İordaniya vəliəhd şahzadəsi Əl-Hüseyn bin Abdullanın keçən il Bakıya səfərinin və onun BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı (COP29) çərçivəsində Prezident İlham Əliyevlə görüşünün əhəmiyyətini vurğulayıb. O, danışıqları Azərbaycan-İordaniya tərəfdaşlığının daha da möhkəmləndirilməsi üçün məhsuldar və strateji cəhətdən vacib kimi xarakterizə edib.
"Bu görüşün nəticələrinə əsasən, Azərbaycan Prezidenti hökumətə İordaniya ilə əlaqələrin, xüsusilə iqtisadiyyat və ticarət sahələrində dərinləşdirilməsi üzrə işləri aktivləşdirmək tapşırığı verib", - nəşr H.Hacıyevin sözlərini sitat gətirib.
"Bakı və Amman beynəlxalq platformalarda sıx koordinasiyanı davam etdirir və qlobal gündəmin bir sıra aktual məsələləri üzrə oxşar mövqelər tutur" - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev İordaniya Vəliəhdi ilə görüşüb
İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib
Prezident İlham Əliyev İordaniya Vəliəhdi ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev İordaniya Kralına təbrik ünvanlayıb
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində may ayı üçün qəbul cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
