Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim ediləcək
Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim olunacaq.
"Report"un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında müvafiq şəhadətnamə verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət qaydalarında dəyişiklik edilib
Daşınmaz əmlakla bağlı Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Baş nazirdən qazilərlə bağlı mühüm QƏRAR
Kişilərə yeni hüquq verilir
Ləğv edilən sığortaçıya dair yeni tələblər qoyulur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













