Ərdoğan Ermənistana onu göndərir - Səbəb
Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın mayın 4-də İrəvan şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirakı doğru qərardır. Türkiyə Avropa Siyasi Birliyinin bütün toplantılarında təmsil olunub. Türkiyənin İrəvandakı toplantıda iştirakı Ankaranın Cənubi Qafqazda sülh quruculuğuna verdiyi dəstəyin göstəricisidir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Bütün hallarda Ankara Ermənistan siyasətini Bakı ilə koordinasiya edir. Ermənistan bu toplantıya qədər Konstitusiyada dəyişiklik edib sülh müqaviləsinin imzalanmasının yolunu açsaydı, Azərbaycan və Türkiyə İrəvandakı tədbirdə prezident səviyyəsində təmsil oluna bilərdilər”, - o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycanın da İrəvandakı toplantıda hansısa səviyyədə iştirakı mümkündür:
“Gələn il eyni tədbir Bakıda keçiriləcək. Ümid edək ki, həmin tədbirə qədər iki ölkə arasında sülh sazişi imzalanacaq və qarşılıqlı rəsmi səfərlər adiləşəcək”.
Oxşar xəbərlər
Cövdət Yılmaz Ermənistana səfər edəcək
Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
