HDQ-nin dalğıc heyəti ilə təlim-metodiki toplanış keçirilib
Hərbi Dəniz Qüvvələrinin (HDQ) 2025-ci il üçün təsdiq edilmiş hazırlıq planına əsasən, dalğıc heyəti ilə keçirilən təlim-metodiki toplanış çərçivəsində axtarış-xilasetmə və dalğıc işləri üzrə ixtisas məşğələləri intensiv olaraq davam etdirilir.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tibb personalı tərəfindən müayinədən keçmiş dalğıclar tapşırıqları icra etməyə buraxılıb. Heyətin işarələrlə xəbərləşmə və idarəetmə bacarıqları qənaətbəxş hesab edilib. Cari mərhələdə sualtı hərəkət vasitələri və digər axtarış üsullarından istifadə edərək batmış obyektin axtarışı, tapılması və su üzərinə qaldırılması üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Bundan başqa, toplanış zamanı barokamerada insan orqanizminin yüksək təzyiqə uyğunlaşdırılması, qəzalı dalğıca ilk yardımın göstərilməsi üzrə nəzəri və praktiki məşğələlər yerinə yetirilib. Şəxsi heyət səthdən qidalanma üsulu ilə sualtı dalğıc işlərini həyata keçirərək nəzəri biliklərini təcrübədə tətbiq ediblər.
Qeyd edək ki, toplanışın əsas məqsədi dalğıc heyətinin ixtisas hazırlığının artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Oxşar xəbərlər
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilib
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
