Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində vətəndaşları qəbul edib.
Bu barədə "Sizinxeber.az"a komitədən məlumat verilib.
Bildirilib ki, qəbulda əsasən Gəncə, Samux, Göygöl rayonlarında müvəqqəti məskunlaşmış, həmçinin Kəlbəcər rayonundan olan və yaxın bölgələrdə yaşayan məcburi köçkünlər iştirak ediblər.
Onların müraciətlərində dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.
Oxşar xəbərlər
Ramin Məmmədov Göygöldə vətəndaşları qəbul edib
Rövşən Rzayev Dövlət Komitəsində vətəndaşları qəbul edib
Şahin Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB-6
