QAİ Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pisləyib
sizinxeber.az xəbər saytı

QAİ Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfərini pisləyib


Qərbi Azərbaycan İcması (QAİ) Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi ilə bağlı dərin narahatlığını ifadə edir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə icmanın bəyanatında qeyd edilib.

"Dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul etdiyi ərazilərin əksəri biz Qərbi azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş yurd yerləridir. Təəssüf ki, bununla bağlı Avropa İttifaqına etdiyimiz müraciətlər cavabsız qalıb", - bəyanatda vurğulanıb.

Bəyanatda "ermənilərin dəqiq müəyyən edilmiş sərhədlər çərçivəsində öz torpaqlarında dinc şəraitdə yaşamasını istərdik” deyən Polşa prezidentinə xatırladılıb ki, Azərbaycan əraziləri işğal altında olarkən İcma Polşanın Azərbaycana münasibətdə belə bəyanatlarının şahidi olmayıb.

"Polşa prezidentinin ölkəsinin “Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi” ilə bağlı verdiyi açıqlamasına dair isə bildiririk ki, rəsmi Varşavanın özünün qonşuları ilə kifayət qədər problemləri var və Polşa öz problemlərinin həlli ilə məşğul olsaydı, daha məntiqli olardı.

Biz Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq. Ermənistan isə başa düşməlidir ki, “binokl diplomatiyası” kimi ucuz şoularla, Luis Okampo, Qreta Tunberq kimi avantüristlərə “yeni xilaskar” gözü ilə baxmaqla Cənubi Qafqazda sülhə nail olmaq mümkünsüzdür", - bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistana təzyiq göstərməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa Seyminin rəsmisi qərbi azərbaycanlıların deportasiyaları barədə məlumatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan İcması Ermənistan prezidentinə cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle