FHN Cəlilabadda kompleks mülki müdafiə təlimi keçirib
sizinxeber.az xəbər saytı

FHN Cəlilabadda kompleks mülki müdafiə təlimi keçirib


Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad rayonunda kompleks mülki müdafiə təlimi keçirib.

“Report”un Muğan bürosunun məlumatına görə, FHN Cənub Regional Mərkəzinin Cəlilabad rayonunda təşkil etdiyi "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" adlı təlimdə rayon rəsmiləri, FHN Cənub Regional Mərkəzinin nümayəndələri, mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Kompleks təlimə FHN Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin, rayonun aidiyyəti qurumlarının, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 360 nəfər şəxsi heyəti və 35 ədəd texnikası cəlb edilib.

Oxşar xəbərlər

Cəlilabadda kompleks mülki müdafiə təlimi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən obyekt mülki müdafiə məşqi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəngərlidə mülki müdafiə dəstələrinin zəlzələyə hazırlığı yoxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə FHN-nin Muğan Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müdafiə Nazirliyi: Mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər