Seçicilər səs verəcəkləri məntəqələri "ASAN xidmət"də öyrənə biləcəklər
Milli Məclisə seçkilərlə bağlı “ASAN xidmət” mərkəzlərində innovativ layihə istifadəyə verilib.
"Report" xəbər verir ki, 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsi üçün “ASAN xidmət” mərkəzlərində mütərəqqi və effektiv bir vasitənin tətbiqi davam etdirilir.
İnnovativ həll Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində həyata keçirilir.
Vətəndaşlar Mərkəzlərdə olan “ASAN növbə” terminallarındakı “Seçici statusunu yoxla” adlı funksional bölmədə şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər.
Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da təmin olunur.
Gün ərzində “ASAN xidmət”ə 40000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlarımız növbə götürərərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan - Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq
DİN: Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyatla bağlı "ASAN xidmət"ə müraciət edə bilərlər
II Şuşa Qlobal Media Forumunun iştirakçıları "ASAN” Xidmət və "DOST" mərkəzlərində olublar - FOTO
Prezident seçkisində seçici fəallığı dəyişib, lider namizəd İlham Əliyev 92,12 faiz səs toplayıb
MSK və DİN parlament seçkiləri ilə əlaqədar birgə layihəyə start verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












