Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 4-də Hacıqabul rayonunda vətəndaşları qəbul edib.
Bu barədə "Sizinxeber.az"a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscid tikintisi, din xadimləri üçün nəzərdə tutulan müsahibədə iştirak, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmaların kitablarla təmin edilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Oxşar xəbərlər
Ramin Məmmədov Qazaxda vətəndaşların müraciətlərini dinləyib
Ramin Məmmədov Göygöldə vətəndaşları qəbul edib
Dini Komitənin sədri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam

