Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
iy
2025
16:00

Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib

01 iy, 2025
16:00
342

Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "Sizinxeber.az"a verilən məlumata görə, azad olunan ərazilərdə iyun ayı ərzində 107 tank əleyhinə mina, 333 piyada əleyhinə mina, 2807 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 6618.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Bizimlə əlaqə saxlayın