Xankəndidə 37 il əvvəl məzun olanlar üçün "Son zəng" mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

Xankəndidə 37 il əvvəl məzun olanlar üçün "Son zəng" mərasimi keçirilib


Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 37 ildən sonra "Son zəng" mərasimi keçirilib.

Bu barədə "Sizinxeber.az"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, məzun günündə həmçinin orta məktəbdə 1988-ci il məzunları üçün vaxtilə baş tutmayan “Son zəng” tədbiri təşkil olunub.

Həmçinin bu il sözügedən məktəbin 14 şagirdi məzun olub.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Elm və Təhsil Nazirliyinin əməkdaşları məktəb heyəti, şagirdlər valideyinlər, şəhid ailələri və müharibə veteranları da iştirak ediblər.

S.Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin gənclərin savadlı, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynadığını söyləyib. O deyib ki, dünyanın aparıcı ali təhsil müəssisələrində Azərbaycan üçün prioritet hesab olunan ixtisaslar üzrə gənclərin təhsil almalarına hər cür şərait yaradılıb.

“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.

Oxşar xəbərlər

Xankəndidə 37 ildən son zəng çalınıb
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib - FOTO
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
Emin Əmrullayev Xankəndidə ilk dərs günündə iştirak edib
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle