1975-ci il xəritəsi mövcud deyil - Paşinyana cavab
sizinxeber.az xəbər saytı

1975-ci il xəritəsi mövcud deyil - Paşinyana cavab


Ərazi bütövlüyünə hörmətin və delimitasiyanın hər hansı bir kvadrat kilometr ilə ölçülməsi və ya hər iki tərəfdən indiyə qədər təsdiq olunmamış xəritə əsasında müəyyən edilməsi təcrübəsinin mövcud olmadığı bir şəraitdə Ermənistan baş nazirinin yenidən bu məsələlərə istinad etməsi təəccüblüdür.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Birinci Kanala müsahibəsi zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

Qeyd edilib ki, keçmiş SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığını, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur:

“Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir. Ermənistanın ərazi iddiaları səbəbindən bu günədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya etmədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır”.

Oxşar xəbərlər

“Dağlıq Qarabağın erməni xalqı” terminologiyası ərazi bütövlüyümüz və suverenliyimizə zidddir -XİN [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyanın konfransda səsləndirdiyi iddialara - Rəsmi cavab [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Paşinyanın müstəqilliklə bağlı bəyanatlarına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakıdan Fransaya cavab: Uzaq olun! [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər