Ermənilər atəş açdı: Paşinyana Brüsseldə nə deyiblər?
sizinxeber.az xəbər saytı

Ermənilər atəş açdı: Paşinyana Brüsseldə nə deyiblər?


Baş nazir Nikol Paşinyan Brüsseldə ABŞ və AB rəsmiləri ilə görüşərkən Ermənistan-Azərbaycan sərhəddində atışma qeydə alınırdı. Halbuki Paşinyan Brüsselə yollanmadan əvvəl müdafiə nazirinə bununla bağlı xəbərdarlıq etməliydi.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, əgər belə bir xəbərdarlığa rəğmən, erməni ordusu Azərbaycan ərazisini atəşə tutubsa, demək, Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var:

“İkinci Qarabağ müharibəsi də belə başlamışdı. İndi bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu Qazaxa bitişik 4 kəndə daxil olarsa, Belçika paytaxtında Paşinyana müxtəlif dəstək vədləri verənlər nə edəcəklər? Vaşinqton və Brüssel Paşinyana maliyyə ayıracaqlarını vəd ediblər, daha deməyiblər ki, Ermənistan ordusunun təxribatına cavab olaraq Azərbaycan Ordusunun 4 kəndə daxil olmasını əngəlləyəcəklər”.

Oxşar xəbərlər

Paşinyan: Razılıq var, Əliyevlə görüşəcəyəm
Onnik Krikoryan: “Azərbaycanla sülh sazişi Paşinyana siyasi dividendlər qazandıra bilər”
Rusiya kanalları Paşinyanı küçə söyüşləri ilə təhqir edir
Xankəndidəki erməni evləri kimlərə veriləcək?
Prezident İlham Əliyev “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər