Azərbaycan Prezidenti: Bu gün hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır
Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.
İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı zamanı bunu hər kəsin gördüyünü deyən dövlətimizin başçısı qeyd edib: “Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq”.
Oxşar xəbərlər
İlham Əliyev: “Ordu quruculuğu prosesi davam etdiriləcək”
Prezident: “Bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”
Prezident: "İkinci Qarabağ müharibəsindən sonra bərpa işlərinə 7 milyard ABŞ dolları sərf edilib"
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq
Prezident: “Bizimlə əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













