BAXCP: “İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkisinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.
Sizinxəbər.Az xəbər verir ki, bəyanatda deyilir:
“BAXCP ölkəmizdə 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkisində əsas rəqibinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş İlham Əliyevin olacağını bildiyindən seçkinin elan olunduğu ilk günlərdə seçkiyə qatılmağa tərəddüd etsə də, ölkəmizdə köklü islahatlara ehtiyac olması zərurətini qəbul edərək “Ədalət, Hüquq, Demokratiya” şüarı, “Böyük Dəyişikliklər” seçki proqramı ilə prezident seçkisinə qatıldı. Seçkinin nəticələrinə dair hər hansı illüziyaya qapılmasaq da, əzmlə mübarizə apardıq.
Ölkəmizin müxtəlif regionlarında və paytaxtda seçicilərlə çoxsaylı görüşlər keçirərək insanları Azərbaycanı böyük islahatlar yolu ilə daha müasir, iqtisadi baxımdan daha güclü, daha nüfuzlu Avropa ölkəsi edəcək Qüdrət Həsənquliyevə səs verməyə çağırdıq.
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev və onun nümayəndələri mediada cəmiyyətimizdə mövcud problemlər və onlardan çıxış yollarına dair partiyamızın mövqeyini açıqladılar.
Səsvermə prosesini izləmək məqsədilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkəni əhatə edən seçki müşahidəçilərini qeydiyyatdan keçirdi.
Ümumilikdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının minlərlə müşahidəçisi, Seçki Qərargahının üzvləri seçki prosesini müsbət xarakterizə etmiş və nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını, nəticələrin vətəndaşların iradəsini ifadə etdiyini bildirmişdir. Seçkinin nəticələri İlham Əliyevin inamlı qələbəsi ilə yanaşı sivil ölkələrdə olduğu kimi ölkəmizdə də güclü çoxpartiyalı sistemin yaranmasına yol açacaq ciddi siyasi islahatların aparılması zərurətini növbəti dəfə nümayiş etdirmişdir.
BAXCP olaraq seçkidə bizə dəstək olmuş tərəfdarlarımıza, təqdim etdiyimiz islahatlar paketinə səs vermiş hər kəsə dərin minnətdarlığımızı bildiririk.
BAXCP seçkinin legitimliyini şübhə altına alan iddiaları qəbul etmədiyini bəyan edir.
Biz seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik”.
Oxşar xəbərlər
Fazil Mustafa İlham Əliyevi təbrik etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə siyasətçiləri İlham Əliyevə uğurlar arzulayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səsvermənin ilkin nəticələri elan edildi: İlham Əliyev 92,1% səslə liderdir - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zahid Oruc: “Prezident İlham Əliyevə çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazilər İlham Əliyevə məktub yazdılar: "...Sizin sərkərdəliyinizlə" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












