Prezident: “Azərbaycan azad cəmiyyətdir, çoxmillətli, çoxkonfessiyalı dövlətdir”
“Azərbaycan azad cəmiyyətdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir.
“Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, ikinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə biz Qarabağda yaşayan erməni əhalisini bax buna dəvət edirik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Oxşar xəbərlər
Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rus İcmasından bəyanat: erməni əhalisinin reinteqrasiyası... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: “Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə onların hüquqlarını da nəzərə almışdıq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












