İcma sədri: Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın müstəsna rolu olub
Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.
APA xəbər verir ki, görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Azərbaycan mətbuatının şərəfli yol keçdiyini deyib, 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində jurnalistlərin xidmətlərindən söz açıb.
O bildirib ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın müstəsna rolu olub:
"İnformasiya müharibəsi bu gün də davam edir. Bu gün Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatıdırlması da tarixi bir missiyadır. Bu işdə fəaliyyət göstərən mətbuat işçilərinə təşəkkür edirəm".
Sonda jurnalistlər Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətlərinə görə təltif ediliblər, xatirə fotosu çəkilib.
Oxşar xəbərlər
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib - FOTO
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Ukrayna XİN başçısı Çinə səfər edəcək
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













