Bakıda informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları mövzusunda konfrans keçirilib
- 11-10-2024, 14:00
- Media
- 0
- 933
Bakıda "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda konfrans keçirilib.
"Report" xəbər verir ki, Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə baş tutan toplantıda bu qurumun İdarə Heyəti üzvləri, Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbərliyi, müxtəlif mətbuat orqanlarının baş redaktorları media təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Konfransda çıxış edən MŞ sədri Rəşad Məcid, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə və MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov müzakirəyə çıxarılan mövzu ilə bağlı fikirlərini bölüşərək Azərbaycan dövlətinin və cəmiyyətinin media ilə bağlı gözləntilərindəki ayrı-ayrı məqamları dilə gətiriblər.
MŞ sədrinin müavini, Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu siyasi-ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu mövzusunda çıxış edib.
Sonra MŞ İdarə Heyətinin uzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ile mübarizədə tətbiq edilen mexanizmlər, inzibati və hüquqi modellər barədə söz açıb.
MŞ İdarə Heyətinin üzvü Fərid Pərdəşünas Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlardan danışıb: "Süni intellekt artıq jurnalistika peşəsini də yerinə yetirə bilir. Tərcümə, korrektə, redaktə işlərini həyata keçirir. Süni intellektlər artıq Azərbaycan dilində çox rahat məzmun yarada bilirlər".
O bildirib ki, jurnalistika artıq fərdiləşməyə doğru inkişaf edir: "Jurnalistlər bu sahədə maarifləndirilməlidir. Süni intellektin bu qədər inkişafını nəzərə alaraq, jurnalistlər süni intellekt biliklərini inkişaf etdirməlidirlər. Gələcəkdə media qurumları da bu bacarığa malik olan jurnalistlər axtaracaq".
MŞ İdarə Heyətinin üzvü Hacıbəy Heydərli isə sosial şəbəkələrlə rəqabətdə mediadan gözləntilər mövzusunda fikirlərini səsləndirib.
Tədbirdə həmçinin BDU Jurnalistika fakültəsinin doktorantları Nurşərəf Tağıyeva ilə Sünbül Zalovanın ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzusunda birgə təqdimatları olub.
Müzakirələrin yekununda Azərbaycan Mətbuat Şurasının media subyektlərinə tövsiyələri açıqlanıb.
Tövsiyələrdə məzmun yaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərq qoyulmadan "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na riayət edilməsinin, yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və s. kimi üstünlüklərinin nəzərə alınaraq, informasiya istehsalının daha da gücləndirilməsinə təkan verilməsinin, dünyada gedən müasir texnoloji inkişafa uyğunlaşmağın və beynəlxalq jurnalistikadakı xüsusilə, Qərb jurnalistikasındakı yeni trend ve tendensiyaların mənimsənilməsinin, dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaşdırılmasına xidmət edən materialların sayının çoxaldılmasının və keyfiyyətinin yüksəldilməsinin, Azərbaycan dövlət dilinin normalarına əməl edilməsinin, əsasən proqramlar vasitəsi ilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artınılmasının vacibliyi vurğulanıb.
Tövsiyələrdə həmçinin sosial şəbəkələrdə yayımlanan materiallaın həqiqətə uyğunluğunun ciddi şəkildə yoxlanılmasının, jurnalistlərin mövcud sahədəki manipulyasiyalara həssas yanaşmalarının, xüsusən yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayımında vasitə olduğunun nəzərə alınmasının zəruriliyi üzərində dayanılıb.
Bildirilib ki, media təmsilçiləri məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, milli maraqların qorunması üçün ölkədə vahid və guclü ictimai rəy formalaşdırmalı, beynəlxalq media ilə əməkdaşlığa can atmalı, Azərbaycanın mövqelərini müdafiə edən məqalələrin və reportajların hazırlanmasına səy göstərməli, dünyada gedən aşkar informasiya müharibəsi şəraitində təcrübə mübadiləsinə üstünlük verilməli olduğu bildirilib.
Foto: Samirə Həsənova


width="220" alt="MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />