Şəfəq Mehrəliyeva: İnformasiya mühitində sağlam tənqid bacarığının zəifliyi ciddi problemdir
Media savadlılığı XXI əsrin ən vacib bacarıqlarından biridir. Çünki ola bilər ki, sən oxuyasan və yazasan, amma oxuduğunu düzgün başa düşməyəsən.
Sizinxeber.az-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu ADA universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının fakültə üzvü Şəfəq Mehrəliyeva bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, media savadlılığı təkcə informasiyanı qəbul etmək deyil, həm də onu şərh etmək, müzakirə aparmaq, tolerantlıq və qarşılıqlı hörmət mühitində düzgün analiz etmək bacarığıdır: “Əgər bu məsələlər sinif otağından başlayaraq aşılanarsa, gələcək nəsillər informasiya mühitində daha güclü və birlik içində olacaq. Hazırda informasiya mühitində həm birlik, həm də sağlam tənqid bacarığının zəifliyi ciddi problemdir”.
O bildirib ki, məlumatlar dərin təhlil olunmadıqda gənclər arasında psixoloji narahatlıqlara səbəb ola bilər.
Oxşar xəbərlər
III Şuşa Qlobal Media Forumunun üçüncü günü başlayıb - FOTO
TRT World-ün aparıcısı: Bir çox insan media savadlılığının nə olduğunu anlamır
III Şuşa Qlobal Media Forumu panellərlə davam edir
III Şuşa Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edib - VİDFO - FOTO - YENİLƏNİB
Şəfəq Mehralıyeva: Kommunikasiya və rəqəmsal media üzrə insan kapitalı formalaşmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
