Ramazan ayının beşinci gününün imsak, iftar və namaz vaxtları
sizinxeber.az xəbər saytı

Ramazan ayının beşinci gününün imsak, iftar və namaz vaxtları


Sabah Ramazan ayının beşinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 5-də imsak vaxtı saat 05:43-də, iftar vaxtı isə 18:51-dədir.

Martın 5-i üçün namaz vaxtları:

Sübh azanı 05:48
Zöhr azanı 12:52
Əsr azanı 16:53
Məğrib azanı 18:51
İşa azanı 19:52

Beşinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Bismillahir-Rahmanir-Rahim. Allahumməc-əlni fihi minəl-mustəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi! Amin!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

Allah orucunuzu qəbul eləsin!

Oxşar xəbərlər

Beşinci günün duası - İmsak və iftar vaxtı
Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları
Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
Ramazan ayının beşinci gününün iftar və namaz vaxtları
Ramazanın 3-cü günü - İmsak və iftar vaxtı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər