Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyub.

“Report” xəbər verir ki, qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü hazırlayıb.

Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında qətnaməni dəstəkləməyən yeganə ölkə olub.